Bakıda 5 sentyabr tarixində “FrontEnd developer və UI/UX dizayner kimdir” adlı onlayn vebinar keçiriləcək. Dərs saat 16:00-da başlayacaq.

Vebinarda danışılacaq mövzular:

  • FrontEnd developer kimdir?
  • UI/UX dizayner kimdir?
  • FrontEnd developer və UI/UX dizayner arasındakı fərqlər

Onlayn dərsin qonağı FrontEnd təlimçi Vahid Qasımov olacaq.

Vebinar “Coders Azerbaijan”ın Facebook səhifəsindən canlı yayımlanacaq.