Buzovnada yerləşən qeyri-adi heykəl gözdən kənar qalıb. Onun müəllifi xahiş edirki heykəl şəhərin mərkəzində yerləşdirilsin.

1 saylı Psixonevroloji Sosial Xidmət müəsissəsinin həyətində yerləşən heykəl, bura gələnləri heyran edir. Ancaq onu yalnız sanatoriyaya gələnlər, yada bu küçədən keçənlər gorə bilir.

Kompozisiya 2017-ci ildə Davud adlı usta tərəfindən ərsəyə gətirilib. Heykəlin hündürlüyü 12, eni 5 metrdir, çəkisi isə 8 tondur. Yalnız dəmir parçaları və iplərdən ibarət olan bu heykəl, qadın başı formasındadır və onun saçlarından şəlalə axır.

Davud usta hesab edir ki, heykəl şəhərin mərkəzi hissəsində, əhalinin sıx olduğu park və ya bağda olsa, turistləri cəlb edər.