3 sentyabr tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi, aktyorun ailəsi və teatrsevərlər Xalq artisti Yaşar Nurinin məzarını ziyarət ediblər. Ziyarət Xalq artistinin 70 illik yubileyi münasibətilə təşkil olunub.

Mərasimdə Hacı İsmayılov və Rafiq Əzimov kimi Xalq artistləri də iştirak ediblər. Onlar Yaşar Nuri barədə xatirələrini bölüşüblər.

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.