6 senyabr tarixindən Bakıda şahmat evində yeni turnir başlayır. Turnir Fianketto Şahmat Evində baş tutacaq.

Hər həftənin cümə axşamı vaxt kontrolu 5+0 olan yarış keçiriləcək.

Qaydalar:

  • Yarışda 8 komanda iştirak edəcək
  • Komandalar hər birində 4 olmaqla, “Zəngəzur Azərbəycandı” və “İrəvan Azərbaycandı” qruplarına bölünəcək
  • Hər komanda maksimum 5 iştirakçı sifariş edə bilər
  • Hər komandada lövhə arxasına 3 iştirakçı keçə bilər ki, heyəti komandanın kapitanı müəyyənləşdirir
  • Turun gedişatında əvəzetmə etmək qadağandı
  • Turlar Şeveningen sistemi ilə, yəni, hər komanda üzvü rəqib  komandanın hər bir üzvü ilə qarşılaşacaq
  • Daha çox xal toplayan komanda matçın qalibi adını qazanacaq və aktivinə 3 xal yazdıracaq. Ümumi nəticə 4,5:4,5 olarsa, hər komandanın aktivinə 1 xal yazılacaq. Hesab 9:0 olarsa, qalib komandaya 4, məğlub komandaya isə 0 xal veriləcək
  • İki və daha çox komandanın xalı bərabər olarsa, əvvəlcə şəxsi matç, daha sonra isə matçlarda ümumi xalların sayı hesablanacaq
  • Qrup mərhələlərinin yekunlarına görə, ilk 2 pillənin sahibi yarımfinala vəsiqə əldə edəcək. Qaliblər finalda, məglublar isə 3-cü yer uğrunda görüşdə yarışa son qoyacaqlar
  • Yarış 3 oyun gününü əhatə edəcək. İlk gün “Zəngəzur Azərbaycandı” qrupu, növbəti gün “İrəvan Azərbaycandı” qrupunun iştirakçıları mübarizə aparacaq.
  • Turnirin 3-cü günü isə pley-offlar keçiriləcək
  • FİDE reytinqi 1800- olan istənilən şahmatçı bu turnirdə iştirak edə bilər
  • Turnirin keçirilmə tarixi 8 komanda toplaşandan sonra elan ediləcək

Əlavə məlumat və qeydiyyatdan keçmək üçün +994 55 217 83 33 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.