Bu gün, 6 sentyabr tarixində Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir əməliyyat keçirilib.

Aparılan axtarış zamanı şübhəli bilinən Bakı şəhər sakini İ.Quliyeva saxlanılıb, aşkar olunan 14 qram heroin, 2,3 qram metamfetamin və 1 ədəd elektron tərəzi isə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bu gün Maştağa qəsəbəsində Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşları narkotiklərə qarşı əməliyyatlar keçirmişdir. Axtarış zamanı şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənovdan 490 qram marixuana aşkarlanaraq ələ keçirilmişdir.