Paytaxtın Suraxanı rayonunda avtomobil yolları təmir olunur. Bu haqda bu gün, 6 sentyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Cari il ərzində Suraxanı rayonunda 2 qəsəbə və 3 yaşayış massivində ümumi uzunluğu 18,5 kilometr olan küçə və yollarda təmir-tikinti işləri aparılır.

Təmir olunan ərazilərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.

2019-2020-ci illərdə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 km-ə yaxın qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub.