Teymur Rəcəbov şahmat çempionatında finala yüksəlib. Bu haqda bu gün, 6 sentyabr tarixində məlum olub.

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Şahmat üzrə Çempionlar turunda Bakılı şahmatçı 133 xalla 4-cü yerdə qərarlaşıb. Turnirdə ilk 8 yerin sahibi finala vəsiqə qazanıb.

Cari turnirdə Azərbaycanı iki nəfər təmsil edir. Şəhriyar Məmmədyarov 26 xal toplayaraq 12-ci yerdə qərarlaşıb.

Final mərhələsi 25 sentyabr tarixində Osloda keçiriləcək.