6 sentyabr tarixində Bakıda paytaxt sakinindən odlu silah tapılaraq müsadirə olunub. Hadisə Sabunçu rayon, Ramana qəsəbəsində qeydə alınıb. Bu barədə DİN-in mətbuat xidməti məlumat verib.

Keçirilən tədbir nəticəsində Vasif Qəmbərov qısa zamanda saxlanılıb. Polis İdarəsində üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd sandıqça və 6 ədəd patron aşkar olunaraq götürülüb. Silah-sursatın ona məxsus olduğunu və bir müddət əvvəl tapdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bundan əvvəl, Bakının Suraxanı qəsəbəsində V.İslamovun üzərindən “AKM” markalı avtomat silahı aşkar olunmuşdur.