Bakılı futbolçu sentyabrın 7-də keçiriləcək Bakı Olimpiya Stadionunda Azərbaycan – Portuqaliya oyununda iştirak edəcək. Qarşılaşma 2022-ci il dünya çempionatının seçmə mərhələsində C qrupunun ilk oyunu olacaq.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Yığmanın futbolçuları Maksim Medvedev zədə aldığına görə, Anton Krivotsyuk isə sarı vərəqə cəzalısı olduğu üçün Portuqaliya – Azərbaycan oyununda iştirak edə bilmiyəcəklər. Əvəzində yığmaya “Keşlə” klubunun müdafiəçisi Şəhriyar Əliyev dəvət olunub.

Qeyd edək ki, Maksim Medvedev “Qarabağ” klubunun futbolçusudur, Anton Krivotsyuk isə Polşanın “Visla” klubunun üzvüdür.