6 sentyabr tarixində Bakının müxtəlif rayonlarında yol-nəqliyyat hadisələri baş verib.

Xətai rayonunda iki avtomobil toqquşub, nəticədə 32 yaşlı Kifayət Məmmədova xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Sabunçu rayonunda iki avtomobil qəza törədib. Toqquşma nəticəsində 59 yaşlı Nəzakət Abdullayeva yaralanıb. Yaralı təcili yardımın vasitəsilə ilə xəstəxanaya çatdırılıb.

İki avtomobilin bir-birilə toqquşması nəticəsində sürücü 35 yaşlı Vüsalə Məmmədova xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə Nizami rayonunda qeydə alınıb.

Daha bir qəza Binəqədi rayonunda baş verib. İki avtomobilin toqquşması nəticəsində 16 yaşlı Aytac Həsənova yaralanıb. O, xəstəxanaya aparılıb və həkim nəzarətinə götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.