5 sentyabr axşam saatlarında Bakı şəhəri, Xəzər rayonunda batan 25 yaşlı gəncinin meyiti tapılıb. Bu barədə bu gün, 6 sentyabr FHN mətbuat xidməti məlumat yayıb.

Hadisə Şüvəlan qəsəbəsində qeyri-çimərlik ərazinin nəzarətsiz hissəsində qeydə alınıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində batanın kimliyi bilinib. Kənan Qafarovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daha öncə, 2 sentyabr tarixində Bakıda klarnet ifaçısı dənizdə boğularaq ölmüşdür.