Paytaxtın Yasamal rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 6 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Avtomobil dayanacağında “Hyundai” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsi alışıb. Yaxınlıqdakı avtomobillərə ziyan dəyməyib.

Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Bundan əvvəl, 3 sentyabrda Qaradağ rayonunda minik avtomobili dərəyə aşıb sonra alışaraq yanmışdır.