7 sentyabr tarixində Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi üçün tələb olunan müxtəlif növ malların satın alınması ilə bağlı keçirdiyi tenderin nəticələri elan olunub.

Vahid dövlət satınalmaları portalına əsasən qalib şirkət, “Tikinti Təchizat Bərpa” QSC-dir.

Tender Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC tərəfindən keçirilib.

Qalib şirkətə 4 milyon 639,7 min manat ödəniləcək.