Sentyabr ayının 3-də Bakıya gələrkən saya oturan teploxodun hərəkəti bu gün, 7 sentyabrda bərpa olunub. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsindən xəbər verilib.

“VF Tanker – 7” teploxodu sentyabrın 7-də saat 02:10-da Xəzər dənizinin şimal hissəsində, Volqa-Xəzər gəmiçilik kanalının 158-ci kilometrində saydan çıxıb və təyinat üzrə limana doğru hərəkətinə davam edir.

Həştərxan-Bakı marşrutu ilə gedən teploxod sentyabrın 3-də saya oturmuşdur. Gəminin ekipajı 12 nəfərdir. Xəsarət alan olmayıb.