Bakının Binəqədi rayonunda sexdə yanğın başlayıb. Bu barədə 7 sentyabr tarixində məlum olub.

Binəqədi şosesində yerləşən sexdə yanğın baş verib. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

Yanğını hələ söndürmək mümkün olmayıb. Yanğının səbəbi hələ ki məlum deyil.

 

Xəbər yenilənib 17:00

Yanğın söndürülüb. Binanın böyük hissəsi, həmçinin bitişik anbarlar yanğından mühafizə olunub.