Meyxanaçı Ağakərimin səhhəti pisləşib. Bu barədə meyxanaçının oğlu Kamil Novruzov 7 sentyabr tarixində məlumat verib.

Oğlu Ağakərimin heç kimlə danışmadığını və yataq vəziyyətində olduğunu bildirib.

“Kimsə danışdırmasa, danışmır. Həkimlər evə gəlir, müalicə yazıb gedirlər. Amma deyirlər ki, keçirdiyi xəstəlik ağırdır, ona görə də beyni özünü cəmləyə bilmir. Onun sağalması üçün möcüzə lazımdır. Ümid Allahadır”- deyə oğlu əlavə edib.

Meyxanaçı Ağakərim 2017-ci ildə beyninə qan sızması səbəbindən səhhətində ciddi problemlər yaranıb.

Redaksiyamız adından sənətkarın yenidən sağlamlığına qovuşmasını diləyirik.