Sentyabrın 6-dan 7-nə keçən gecə Nərimanov rayonunda Aşıq Molla Cümə küçəsində qəza qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən “Hyundai” markalı avtomobil sola dönən “Toyota” markalı avtomobilə çırpılıb. Daha sonra “Hyundai” markalı avtomobil qaz borusuna dəyərək aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb, avtomobil və qaz borusu yararsız hala düşüb.
“Azəriqaz” əməkdaşları hadisə yerinə cəlb olunub, hal-hazırda borunun təmir-bərpa işləri aparılır.