Bu gün, 7 sentyabr səhər saatlarında xəsarətlə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Səhər saat 07:00 radalərində Yasamal rayonunda yolu keçərkən 51 yaşlı Nailə Sadıqovanı avtomobil vurub. Qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. O, kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Yasamal rayonunda daha bir piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 48 yaşlı Əmir Əliyev Nəriman Nərimanov heykəlinin yaxınlığında yolu keçərkən avtomobil vurub. Piyada qapalı kəllə-beyin travması alaraq təcili yardım briqadasının köməyi ilə xəstəxanaya yerləşdirilib.

Faktlarla bağlı araşdırmalar aparılır.