7 sentyabr tarixində Sabunçu rayonunda polis əməliyyat-axtarış tədbirləri keçirib, nəticədə narkotik vasitələrini satan 16 nəfər saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Bölməsinin keçirdiyi əməliyyat zamanı Arzu Əliyev saxlanılıb, onun üzərindən 1 kiloqram 50 qram heroin aşkar edilib.

Digər əməliyyat zamanı paytaxt sakini Elxan Zeynalabdinov və Fərid Zeynalabdinov Zabrat qəsəbəsində saxlanılıblar. Axtarış zamanı onlarda 11 büküm heroin, 14 büküm patı və 28 ədəd kibrit qutusunda 71 qram marixuana tapılıb.

Bundan başqa rayon ərazisində aralarında 2-si qadın olmaqla daha 13 nəfər saxlanılıb. Axtarış zamanı onların hər birinin üzərindən müəyyən miqdarda heroin, metamfetamin və digər narkotik vasitələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı polis araşdırma aparır.