7 sentyabr tarixində Bakıda gecə saatlarında yanğın hadisəsi baş verib.

Xətai rayonunda taxta konstruksiyadan ibarət köməkçi tikili yanıb. Yanğının ümumi sahəsi 30 kv.m ərazini əhatə edib. Yüksək temperaturdan görə yaxında dayanan “Mercedes” markalı minik avtomobilinin qapısı və güzgüsü qismən qarsalanıb.

Yanğın FHN əməkdaşalrı tərəfindən söndürülüb. Avtomobil yanğından mühafizə olunub.