Abşeron rayonunda 30.000 manat mənimsəyən sabiq direktora qarşı məhkəmə başlayıb. Bu barədə 8 sentyabr tarixində Baş Prokurorluğun rəsmi saytında məlumat verilib.

Abşeron rayon, Mehdiabad qəsəbəsi, 5 saylı tam orta məktəbin direktoru olan Samirə Əkbərova vəzifəsindən istifadə edərək insanlardan pul alıb, onları həm özününün direktoru olduğu məktəbə, həm də digər təhsil müəssisələrinə müəllim, kitabxana müdiri və sair vəzifələrə düzəldəcəyi barədə yalan vədlər verib. Aparılan istintaqla müəyyən edilib ki, o, vətəndaşlardan ümumi 30.000 manat pul alıb.

Samirə Əkbərova Cinayət Məcəlləsinin 5 maddələri ilə ittiham olunub. Ona qarşı cinayət işi açılıb və işinə baxılması üçün bütün faktlar Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.