Abşeron rayonu Buzovna qəsəbəsində sakinlər içməli su ilə təmin olunmadıqları barədə şikayət edirlər. Bu haqda bu gün, 8 sentyabrda İctimai TV məlumat yayıb.

“2020-ci ilin yanvar və fevral aylarında ətrafdakı binalara və yol qırağındakı fərdi evlərə su çəkilib, ancaq bizim tərəfə çəkməyiblər” – qəsəbənin Məmməd Namazov küçəsinin sakinləri deyib.

Qeyd olunan küçədə magistral su xətti çəkilib, ancaq paylayıcı yoxdur. Vətəndaşlar içməli suyu başqa küçələrdən gətirirlər.

“Bakı ətrafı qəsəbələrin su təhizatı baş plana uyğun olaraq mərhələli şəkildə icra olunur. Gələcəkdə layihəyə uyğun olaraq sakinlər içməli su ilə təmin olunacaqlar.” – Azərsunun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Bundan əvvəl, 2 sentyabr tarixində paytaxtın Sabunçu rayonunun 4-cü qəsəbəsində su təchizatı sistemi yaradılmışdır.