Sentyabrın 7-dən 8-nə keçən gecə Nizami rayonunda xəsarətlə nəticələnən qəza qeydə alınıb.
60 yaşlı Rizvan Abışovu yolu keçərkən avtomobil vurub. Piyada təcili yardım briqadasının köməyi ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Daha öncə, 7 sentyabr səhər saatlarında paytaxtda piyadaların iştirakı ilə iki yol qəzası baş vermişdir.