“Qələbə hünəri” adlı Respublika Yaradıcılıq Sərgisi Bakıda yerləşən Xətai Sənət Mərkəzində 6 noyabrda keçiriləcək. Bu haqda Azərbaycan Dövlət Rəsm Qalereyasının mətbuat xidməti məlumat yayıb.
44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunmuş sərginin mövzusu işğaldan azad olunmuş ərazilərin təsviri və II Qarabağ müharibəsi olacaq.
Sərgidə 18 yaşdan yuxarı yerli və xarici rəssamlar, heykəltəraşlar, qrafika və akvarel ustaları əsərləri ilə iştirak edə bilər.
İştirak qaydaları:
- Sərgidə iştirak etmək üçün işlərin fotoları [email protected] elektron ünvanına göndərilməlidir
- Əsər göndərərkən işin keyfiyyətli fotosu çəkilməli (2-5MB), müəllifin ad və soyadı, işin adı, ölçü qeyd olunmalıdır
- Sərgidə 100 əsər sərgilənəcək
- Seçimdə peşəkarlıq, mövzu və ideya orjinallığı nəzərə alınacaq
- Sərgidə tanınmış rəssamlarımızın mövzu ilə bağlı klassik əsərləri sərgilənəcək
- İştirakçı sərgiyə ən çox 3 əsərini təqdim edə bilər, lakin seçim əsasında sərgidə yalnız bir əsər nümayiş olunacaq
- Əsərlərin şəkilərini göndərilməsinin son qəbul tarixi: 10 oktyabr 2021-ci il saat 18:00-dək
Sərgilənəcək əsərlər təşkilat komitəsinin formalaşdırdığı və adları qabaqcadan elan olunacaq münsiflər heyəti tərəfindən seçiləcək.
Sərgidə iştirak edəcək rəssamların siyahısı 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin rəsmi saytı və sosial medya hesablarında paylaşılacaq.
Seçilmiş əsərlər 30 oktyabr 2021-ci il tarixinə qədər Xətai Sənət Mərkəzinin 3-cü mərtəbəsindəki sərgi zalına təhvil verilməlidir.