Abşeron rayonu, Digah qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində bir nəfər xasarət alıb. Bu haqda bu gün, 8 sentyabr səhər saatlarına məlum olub.
27 yaşlı Əhəd Əhmədov döş qəfəsinin küt travması alaraq təcili yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Daha öncə, 7 sentyabr gecə saatlarında Nizami rayonunda 60 yaşlı Rizvan Abışovu yolu keçərkən avtomobil vurub.