Nərimanov rayonunun Ziya Bünyadov prospektində 7 sentyabr tarixində gecə saatlarında iki yük avtomobil toqquşub. Avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

“Mercedes” markalı yük maşını həmin istiqamətdə gedən digər “Mercedes” yük maşınına çırpılıb. Hadisə yerinə polis əməkdaları cəlb olunub.

Daha öncə, 31 avqust gecə saatlarında Ziya Bünyadov prospektində qəfildən qarşısına çıxan piyadalar səbəbindən 6 avtomobil bir-birinə çırpılmışdır.