Sentyabrın 16-da Azərbaycanda keçiriləcək “Qarabağ” – “Bazel” oyununun yeri müəyənləşib.
Matçın əvvəlcədən Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsi nəzərdə tutulsa da, sonra bu qərar UEFA tərəfindən dəyişdirilib. Görüşün Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilib. Səbəb olaraq Tofiq Bəhramov adına Respublika stadionununda ot örtüyünün pis vəziyyətdə olması göstərilir.
Qeyd edək ki, “Qarabağ” – “Bazel” oyunu sentyabrın 16-sı saat 20:45-də baş tutacaq.