Paytaxtın Suraxanı rayonunda narkotik maddələrin satışı ilə məşğul olan iki qardaş saxlanılıblar. Bu haqda bu gün, 8 sentyabrda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Suraxanı rayon Polis İdarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakinləri olan Gözəlov qardaşları narkotik maddələrin dövriyyəsində şübhəli bilinərək saxlanılıblar.

Onlardan ümumilikdə 1 kiloqram 570 qramdan çox heroin aşkar edilərək götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin verdiyi məlumata əsasən ötən ay ərzində ölkə ərazisindən ümumilikdə 155 kiloqram heroin dövriyyədən çıxarılıb.