“Təbiəti qoruyaq” adlı yeni məşğulluq layihəsinə start verilir. Bu haqda Dövlət Məşğulluq Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Layihə çərçivəsində 1000-ə yaxın şəxs işlə təmin ediləcək.
Bakı şəhəri üzrə Novxanı, Türkan, Hövsan, Şıx, Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Zağulba, Pirşağı çimərliklərində 2 ay müddətində həmçinin, paytaxtdakı Şəhidlər Xiyabanında 4 ay müddətində abadlıq işləri aparılacaq.
Bununla bağlı işsiz və işaxtaran şəxslərin cəlb olunması planlaşdırılır.
Layihədə iştirak etmək üçün müvafiq ərazi məşğulluq mərkəzlərinə müraciət etmək mümkündür. Son müraciət tarixi 31 oktyabr 2021-ci il müəyyən edilib.