Bakıda ən bahalı və ən ucuz ali təhsil müəssisələri müəyyən olunub.

Ölkədə fəaliyyət göstərən universitetlərin illik ödənişi ən yüksək olan ali təhsil müəssisəsi Azərbaycan Diplomatik Akademiyasıdır. Burada iqtisadiyyat və biznesin idarə edilməsi ixtisaslarının illik ödənişi 6500 manat təşkil edir.

Azərbaycanda ən bahalı ali təhsil müəssisələri bunlardır: 

  • Azərbaycan Diplomatik Akademiyası – 6000-6500 manat
  • Bakı Ali Neft Məktəbi – 4500 manat
  • Xəzər Universiteti – 4000-5000 manat
  • Tibb Universiteti – 4000-4500 manat
  • Bakı Dövlət Universiteti – hüquq fakültəsi 4500 manat
  • Qərbi Kaspi Universiteti – 3500 manat
  • Bakı Musiqi Akademiyası – 2000-3500 manat
  • Rəssamlıq Akademiyası – dizayn ixtisası 3000 manat

Ən ucuz ixtisaslar arasında ilk yerdə Azərbaycan Dillər Universitetidir. Burada alman, fransız və koreya dilləri üzrə tərcümə, müəllimlik, həmçinin almaniya, ərəb ölkələri və fransa üzrə regionşünaslıq ixtisaslarının illik ödənişi 1000 manatdır.

Qeyd edək ki, qiymətlər fakültə və universitetlərə görə fərqlənir.