Bakıda 7 sentyabr tarixində daha bir həkim koronavirusdan ölüb. Bu haqda Oxu.az bu gün, sentyabrın 9-da məlumat yayıb.

Zemfira İsmayılova Kliniki Tibbi Mərkəzin (Semaşko) Ginekologiya şöbəsinin həkimi olub.

Daha öncə, 6 sentyabr tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu 64 yaşlı Rasimə Cabbarova koronavirusdan həyatını itirmişdir.