Paytaxtın Binəqədi rayonunda sakinin torpaq sahəsindən 30.000 manat dəyərində metal konstruksiyaları oğurlanan şəxslər saxlanılıb. Bu haqda Daxili İşlər Nazilliyi öz Youtube kanalında bu gün, 9 sentyabr məlumat paylaşıb.

Hadisə baş verdikdən sonra zərərçəkən şəxs Binəqədi Rayonu 5-ci Polis Bölməsinə müraciət edib. Həyata keçirilən əməliyyat nəticəsində Lənkaran şəhər sakinləri Zamin və Cəbrayıl Fərəcovlar saxlanılıblar. Şübhəli şəxslər cinayət törətdiklərini etiraf ediblər.

Toplanılan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırma davam edir.

Foto DIN-in rəsmi Youtube səhifəsi
Foto DIN-in rəsmi Youtube səhifəsi