Bakıda IV ANIMAFILM Beynəlxalq Animasiya Festivalı başa çatıb.

Festival çərçivəsində məşhur animatorlar Masud Pənahi, Nensi Denni-Felps və Nik Felps (Belçika), Olivye Ketrin (Fransa) tərəfindən ustad dərsləri və seminarlar keçirilmişdir.

Festivalın son günündə qaliblər elan olunub. Rejissor Ramiz Ağayev Azərbaycan animasiyasına verdiyi töhfəyə görə “Qızıl qayıq” mükafatına layiq görülüb.

Festival sentyabrın 3-dən sentyabra 7-nə kimi keçirilmişdir. Tədbir ərzində 40 ölkədən 200-ə yaxın cizgi filmi nümayiş olunmuşdur. Festivalın bu ilki mövzusu fiziki məhdudiyyətli insanlara həsr olunmuşdur.