9 sentyabr tarixində Bakıda piyadanın iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. İnsident Yasamal rayonu ərazisində qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat verib.
Saat 13:00 radələrində yolu keçən piyada Rəşad Abdurəhmanov T.Cəfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində Abdurəhmanov xəstəxanaya yerləşdirilsə də orada dünyasını dəyişib.
Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Cari ilin 8 ayı ərzində respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin 41%-ni piyadaların vurulması təşkil edib, nəticədə 190 nəfər ölüb, 267 nəfər xəsarət alıb.