Qəsəbədə 190 saylı marşrut xətti yenidən fəaliyyət göstərəcək və nağdsız formada “BakıKart” vasitəsilə aparılacaq

10 sentyabr tarixindən Bakının Xəzər rayonunun Binə qəsəbəsində 190 saylı marşrut xəttinin fəaliyyəti bərpa edilir. Bu barədə BNA 9 sentyabr tarixində məlumat verib.

Bərpanın məqsədi vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsidir.

Marşrut xətti qəsəbənin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirir.

Marşrut xətti üzrə gediş haqqı 30 qəpik olacaq, ödəniş nağdsız formada “BakıKart” vasitəsilə aparılacaq.

“BakıKart” balansını artırmaq üçün Əli İsazadə küçəsində 11 mağazada, Mehriban qonşular küçəsində və Binə südçülük sovxozu adlanan ərazidəki OBA marketlər şəbəkəsinə məxsus post-terminallar qoyulub.