Bu gün, 9 sentyabr gecə saatlarında Abşeron rayonu Bakı-Sumqayıt şosesinin Abşeron Gənclər Şəhərciyinin yaxınlığında piyada iştirakilə yol qəzası baş verib.

68 yaşlı Abıyev Ağaməmməd piyadalar üçün nəzərdə tutulan yerüstü körpüdən keçmək əvəzinə, yolun avtomobillər üçün nəzərdə tutulan hissəsinə çıxıb. Həmin zaman onu minik avtomobili vurub. Piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Daha öncə, sentyabrın 7-dən 8-nə keçən gecə Nizami rayonunda 60 yaşlı Rizvan Abışovu yolu keçərkən avtomobil vurmuşdur.