Paytaxtın Binəqədi rayonunda avtomobil yollarının təmir-bərpası üçün pul vəsaiti ayrılıb. Bu haqda bu gün, 9 sentyabrda məlumat yayılıb.

M.Ə.Rəsulzadə və Sulutəpə qəsəbələri ərazisində avtomobil yollarının yenidənqurması üçün dövlət büdcəsindən ayrılan məbləğin miqdarı 3,7 milyon manatdır.

Bundan əvvəl, 27 avqustda Prezident İlham Əliyevin sərəncamına əsasən Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulmasına 7,4 milyon manat ayrılmışdır.