Paytaxtın Binəqədi rayonu Mir Cəlal küçəsində iki taksi sürücüsü parklanma yeri üstündə dava ediblər. Bu haqda bu gün, 9 sentyabr tarixində Binəqədi rayon Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakini Nizami Ağayev avtomobilin parklanma yeri üstündə Ağdam rayon sakini Yaşar Ağayevlə mübahisə edib. Daha sonra sürücülərin arasında dava yaranıb və Yaşar Ağayev digər sürücünü yerə yıxaraq onun alnından başı ilə zərbə vurub. Nəticədə Nizami Ağayev aldığı xəsarətlərdən dünyasını dəyişib.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata əsasən son sutka ərzində ölkə ərazisində 40 cinayətin üstü “isti izlər”-lə açılıb. 46 nəfər Cinayət törətməkdə şübhəli bilinərək saxlanılıblar.