Dövlət Məşğulluq Agentliyi “Peşə öyrən, işsiz qalma!” devizi altında informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə peşə hazırlığı kurslarını təşkil edəcək. Qoşulmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə məşğulluq filialına və ya “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Kurslar müasir əmək bazarının tələbləri nəzərə alınaraq:

  • kompüter üzrə operator-dizayner
  • intellektual sistemlər
  • İT mütəxəssis-proqram təminatçısı və inkişaf etdirəni
  • kompüterli modelləşdirmə və dizayner
  • paylanmış sistemlər və şəbəkələr
  • kompüterlərin təmiri və xidməti üzrə texnik
  • backend, frontend və mobile developer
  • şəbəkə administratoru və devops mühəndisi
  • kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı
  • data analitik (big data analitikləri) istiqamətləri üzrə təşkil olunacaq.

Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödəniləcək.

Kursları uğurla bitirən şəxslərə agentlik tərəfindən sertifikat veriləcək və onların məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.