Daha bir narkotacir paytaxtın Suraxanı rayonunda saxlanılıb. Bu haqda bu gün 9 sentyabrda Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Suraxanı rayon polis idarəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı N.Sadıqov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən 508 qram heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Daha öncə bu gün, 9 sentyabrda paytaxt ərazisi və ətrafında 6 nəfər narkotacir saxlanılmışdır.