Bakı şəhəri Suraxanı rayonunda 7 sentyabr axşam saatlarında iki bitişik binalarında yanğın baş verib.

Ümumi sahəsi 40 kv.m olan ikimərtəbəli tikilinin sanitar qovşağı, hamamda və köməkçi otağında dam örtüyü, ona bitişik ümumi sahəsi 100 kv.m olan birmərtəbəli evin isə 5 kv.m da örtüyü yanıb.

Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub, yanğın söndürülüb.

Bundan qabaq, 7 sentyabr tarixində Bakının Binəqədi rayonunda sexdə yanğın baş vermişdir.