Son sutka ərzində paytaxtın 2 rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Suraxanıda Kommunal küçəsi, ev 1 ünvanında 41 yaşlı Əli Məmmədov qohumu ilə dava zamanı qarnından bıçaqlanıb.

Nizami rayonu Keşlə qəsəbəsi Abdulla Mirzəyev küçəsində 27 yaşlı Məcidbəy Vəkilov naməlum şəxs tərəfindən iki bıçaq zərbəsi alıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bundan əvvəl, 4 sentyabrda paytaxtın 2 rayonunda bıçaqlanma, 1 rayonunda isə döyülmə faktı qeydə alınmışdır.