Bakı şəhəri Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə yanğın baş verib. Bu haqda bu gün, 9 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ümumi sahəsi 55 kv.m olan mənzilin 1 otağında 10 kv.m sahəsində ev əşyaları ilə birgə külə dönüb. Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib. Mənzilin qalan hissəsi və binanın digər mənzillərinə ziyan dəyməyib.

Daha öncə, 8 sentyabrda axşam saatlarında Bakı şəhəri Suraxanı rayonunda iki bitişik binalarda yanğın baş vermişdir.