10 sentyabr tarixində Azərbaycan Milli Xalça Muzeyində Qarabağın “Çələbi” xalçasının qədim ənənələrə uyğun olaraq hanadan kəsimi mərasimi keçirilib. Mərasim saat 16:00-da baş tutub.

Xalça ənənəvi texnologiya ilə toxulub, onun mərkəzində “Çələbi” xalçalarına aid iki göl elementi var. Həmin element hər tərəfə şüalarını yayan günəşin rəmzidir.

Qeyd edək ki, bu xalça 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgidə nümayiş olunmuş xalçanın kopiyasıdır.