Cari həftəsonları paytaxtda gücləndrilmiş dezinfeksiya işləri aparılacaq. Bu haqda bu gün, 10 sentyabr Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

11 Sentyabr səhər saatlarından etibarən şəhərin və qəsəbələrin əsas küçə və prospektlərində, həmçinin, insanların çox toplaşdığı ərazilərdə tibbi-profilaktik tədbirlər aparılacaq.

Bununla əlaqədar BŞİH kimyəvi maddələrin toksikliyini nəzərə alaraq sakinlərə zərurət olmadan evi tərk etməkdən çəkinməklərini tövsiyyə edir.

9 sentyabr 2021-ci il tarixinə olan məlumata əsasən son sutka ərzində ölkə ərazisində COVİD-19 infeksiyasına 2254 yoluxma qeydə alınıb. 3655 nəfər sağalıb, 35 nəfər vəfat edib. Aktiv xəstə sayı 49.318 nəfərdir.