Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb. Hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Bu barədə oxu.az 10 sentyabr tarixində xəbər verib.

Avstriya səfirliyinə məxsus “Mercedes” Bakı sakininin idarə etdiyi maşına arxadan çırpılıb. Həmin vaxt “Mercedes”in sükanı arxasında səfirin həyat yoldaşı olub.

Hadisə zamanı xəsarət alan olmayıb, lakin hər iki avtomobilə ziyan dəyib.

Fakt üzrə araşdırma aparılır.