Sentyabrın 9-u gecə saatlarında “Koroğlu” metrostansiyasında təqribən 30 yaşlı kişi qatar yoluna yıxılıb. Bu haqda Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün, 10 sentyabr tarixində məlumat verib.

Vətəndaşı qatar yolunda görən metropoliten əməkdaşları relslərə yüksək gərginliyin verilməsini dayandırıb və onu çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.