Bakı metrosunda bu gün, 10 sentyabr səhər saatlarında nasazlıq yaranıb.
Ulduz stansiyası istiqamətində gedən qatar yolda ilişib. Hərəkəti bərpa edəndən sonra sərnişinlər eyniadlı stansiyada düşürdülərək qatar Neftçilərdə dalan yoluna verilib. Xəttə ehtiyat qatar buraxılıb.
Xətlərdə 3-4 dəqiqə yubanma olub. Bu səbəbdən stansiyalarda sıxlıq yaranıb.