Ötən gecə Bakı və ətraf ərazidə iki avtoqəza qeydə alınıb. Bu haqda bu gün, 10 sentyabr tarixində məlum olub.

Nizami rayonunda avtomobil 46 yaşlı Nərmin İmanovu və 41 yaşlı Aytən Ağayevi yolu keçərkən vurub.

Digər hadisə Bakı-Sumqayıt yolunun Abşeron rayonu hissəsində qeydə alınıb. TIR yük avtomobili  yolu keçən 47 yaşlı Ağaməmməd Abıyevə çırpılıb.

Hər üç yaralı xəstəxanaya çatdırılıb. Abıyev reanimasiya şöbəsinə yerləşdirilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Daha bir oxşar hadisə bu gün, 10 sentyabr səhər saatlarında qeydə alnıb. Buzovna-Bilgəh yolunda yaşlı kişini “Prius” markalı avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib.