10 sentyabr tarixində Vətən müharibəsi şəhidin İqbal Babayevın və Birinci Qarabağ müharibəsi şəhidin Asəf Novruzovun xatirə lövhəsinin açılış mərasimi baş verib.

Xətai rayonunda keçirilən mərasimdə hər iki şəhidin ailə üzvləri, dostları və ictimai şəxslər iştirak edib. Mərasimdə onlarla bağlı xatirələr bölüşülüb.

Qeyd edək ki, İqbal Babayev Füzuli, Cəbrayıl, Zəngilan və Xocavəndin bir sıra yaşayış məntəqələrinin işğalçılardan azad edilməsində əməliyyatlarda iştirak edib. O, 25 oktyabr tarixində Füzuli şəhərinin Seyidəhmədli kəndində döyüşlərdə şəhid olub.